PDF Oxu

Siyasət

  • 1 015

“Sədaqətli xidmət və nümunəvi fəaliyyət özü bir örnəkdir” -FOTO

image

Bu səmimi, ürəkdən gələn sözlər Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının fəalı və aktivliyi ilə seçilən Ruhiyyə Elman qızı Quluzadənin doğum günü münasibətilə keçirilən görüşdə deyildi.

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatın sədri Həbib Cəfərovun, eləcə əməkdaşların və fəalların qatıldığı tədbirdə Ruhiyyə xanıma ünvanlanan təbrik oxundu: ” Hörmətli Ruhiyyə xanım, Sizi doğum gününüz münasibətilə Yeni Azərbaycan Partiyası rayon təşkilatı adından səmimi-qəlbdən təbrik edirik. Siz öz yüksək təşkilatçılıq bacarığınız, fəallığınız və səmimiyyətiniz, partiyaya sədaqətinizlə hər zaman seçilən dəyərli fəallardansınız. Rayonun ictimai-siyasi həyatında göstərdiyiniz fəallıq, insanlarla qurduğunuz xoş münasibətlər və üzərinizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyiniz hər zaman yüksək qiymətləndirilir.

Sizin kimi təşəbbüskar, zəhmətkeş və prinsipial insanların fəaliyyəti təşkilatımızın uğurlarında mühüm rol oynayır. Göstərdiyiniz sədaqətli xidmət və nümunəvi fəaliyyət özü bir örnəkdir.

Bu əlamətdar gün münasibətilə sizə möhkəm cansağlığı, uzun ömür, şəxsi həyatınızda xoşbəxtlik, ictimai fəaliyyətinizdə isə yeni-yeni uğurlar arzulayırıq. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq fəaliyyətinizin bundan sonra da davamlı və uğurlu olacağına inanırıq”.

R. Quluzadə göstərilən diqqətə görə Partiya rəhbərliyinə və rayon təşkilatına razılığını söylədi, bundan sonra da Ulu Öndər Heydər Əliyev siyasi kursuna, onun layiqli davamçısı Prezident, Partiyamızın Sədri İlham Əliyevə sədaqətlə xidmət edəcəyini bildirdi.

Bəli, Tanrının verdiyi ömür payını yaxşı yaşamaq, Vətəninə, xalqına gərəkli olmaq üçün Ruhiyyə xanım bizə nümunə ola bilər. Bu ziyalı xanım öz işinə həmişə vicdanla yanaşır, insanların xoş güzəranı naminə haqqa, ədalətə dəstək olur.

Zəfər Orucoğlu

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər