PDF Oxu

Siyasət

  • 583

Regional ərzaq təhlükəsizliyi müzakirə edilib -FOTO

image

Suriya Prezidenti Əhməd əl-Şara ilə görüşdən sonra Ukrayna Prezidenti Volodymyr Zelenski hərbi və təhlükəsizlik sahəsində təcrübə mübadiləsinə böyük maraq göstərdiyini bildirib. Zeliniski deyib: “Cəmiyyətlərimiz üçün daha böyük təhlükəsizlik və inkişaf imkanları təmin etmək üçün birlikdə işləmək barədə razılığa gəldik. Regiondakı vəziyyəti və onun yaxşılaşdırılması perspektivlərini müzakirə etdik. Həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin şərtlərini də müzakirə etdik və dəstəyə görə minnətdaram. Hərbi və təhlükəsizlik sahəsində təcrübə mübadiləsinə böyük maraq var. Xalqımıza hörmət sözləriniz üçün təşəkkür edirik."

Görüş zamanı prezidentlər həmçinin Ukraynanın etibarlı qida məhsullarının təchizatçısı kimi roluna toxundular və regionda ərzaq təhlükəsizliyini gücləndirmək üçün birgə imkanları müzakirə ediblər.

Zeliniski bildirib ki, Suriyanın hazırda üzləşdiyi enerji və infrastruktur çətinliklərindən yaxşı xəbərdarıq. Dövlətlərimizin və xalqlarımızın imkanlarını artırmaq üçün birlikdə işləməyə hazırıq.

İlham

Digər xəbərlər