PDF Oxu

Siyasət

  • 584

Partladılan kəmərin yaxınlığında partlayıcı maddələr tapılıb -FOTO

image

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Serbiyadakı qaz boru kəmərində "təxribat cəhdi"nin arxasında kimin ola biləcəyinə dair sübutlar olmasa da, Rusiya bunun "Kiyev rejiminin müdaxilə izi" olduğundan şübhələnir. Peskov bildirib ki, "hazırda həddindən artıq təzyiq altında fəaliyyət göstərən bu həyati əhəmiyyətli enerji arteriyasına qarşı Avropa ərazisinə" edilən hücum cəhdlərinin arxasında kimin ola biləcəyinə dair hazırda heç bir dəlil yoxdur: “Bildiyimiz kimi, əvvəllər Kiyev rejimi kritik enerji infrastrukturuna qarşı bu cür təxribat aktlarında birbaşa iştirak edirdi və bu dəfə də Kiyev rejiminin bəzi müdaxilə izlərinin aşkarlanması ehtimalı yüksəkdir”.

Qeyd edək ki, 5 apreldə Serbiya Macarıstana aparan qaz boru kəmərində təxribat cəhdi barədə məlumat verib. Bildirilib ki, kəmərin yaxınlığında partlayıcı maddələr və detonatorlar olan böyük paketlər tapılıb.

Macarıstanın Baş naziri Viktor Orban partlayışdan dərhal sonra Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb və iclasdan sonra “Türk Axını” boru kəmərinin Macarıstan hissəsinin hərbi mühafizə altına alınmasını əmr edib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın qarşısı alınmış "təxribatda" iştirak edə biləcəyinə işarə edib. Rrəsmi Kiyev ittihamları qəti şəkildə rədd edib və Rusiyanın Macarıstan seçkilərinə Orbanın lehinə müdaxiləsinin bir hissəsi olaraq "Rusiya əlaqəsi"ndən şübhələnib.

Serbiya Hərbi Təhlükəsizlik Agentliyinin direktoru Djuro Yovaniç bildirib ki, Serbiya xidmətləri boru kəmərinə edilən təxribat cəhdində "Ukrayna əlaqəsi" tapmayıb.

İlham

Digər xəbərlər