Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili ilə keçmiş baş nazir Zurab Noğaideli arasında məhkəmə prosesi zamanı qarşıdurma yaranıb. Zurab Noğaideli ifadə verən zaman Saakaşvili onu "xain" adlandırıb Bundan sonra proses də gərginlik yaranlb. Gərginlik o qədər yüksək olub ki, mühafizəçilər və məhkəmə tərəfləri sakitləşdirmək üçün müdaxilə etməli olublar.
Saakaşvili bildirib ki, Zura Noqaideli fövqəladə vəziyyət elan etməkdə mənim məsuliyyət daşıdığımı deyir - mən bunu təsdiqləyirəm. Ordunun asayişi qorumaq üçün küçələrə çıxarıldığını təsdiqləmirəm - bu yalandır. Ordu orada idi. Saakaşvili sual edib: “Zura, səndən soruşmaq istəyirəm: Patarkatsişvili haqqında danışarkən onun Rusiya ilə sıx əlaqələrinin olduğunu bilirdinmi?". Noqaideli cavab verib: “O, artıq Gürcüstanda olanda Rusiyadan qovulub - bunu yaxşı bilirsən, elə deyilmi?
"Xeyr, gözləyin, Patarkatsişvilinin pulu Rusiya mənşəli idi? Onun təhlükəsizlik rəisi FSB agenti idi, elə deyilmi?" Saakaşvili soruşub. Əgər o, FSB agenti idisə, niyə Tbilisidə idi?" deyə keçmiş baş nazir Saakaşviliyə cavab verib. Noqaideli həmçinin əlavə edib ki, "hamımız bilirdik ki, Patarkatsişvilinin Rusiya ilə əlaqələri var", bundan sonra Saakaşvili ondan soruşub: "İmedi telekanalı Rusiya pulu ilə yaradılıbmı?" "Bəlkə də elədir", Noqaideli cavab verib.
İlham