Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan, Cəyirli kənd sakini, Sahabxan Məcidovun 85 illik yubileyi münasibətilə onunla evində görüş keçirilmişdir.
Görüşdə "Cəyirli" ərazi partiya təşkilatının sədri (Cəyirli bələdiyyəsinin sədri) Aynur Axundova, ərazi partiya təşkilatının sədr müavini (Cəyirli kənd tam orta məktəbinin direktoru) Mais Əliyev, Cəyirli kənd ümumi orta məktəbinin direktoru Buğday Azadə, RİHB-nın Cəyirli kənd İƏD üzrə nümayəndəsi Əhmadalı Rəcəbov, müavini Sərvət Məcidov və yubilyarın oğlu iştirak etmişlər.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Sahabxan Məcidovla söhbətində qeyd etmişdir ki, yubilyar uzun illər kənd Sovetinin katibi,mühasibi, bələdiyyənin mühasibi vəzifələrində çalışmışdır.
Qasım Qasımov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.
Görüşün sonunda partiya veteranı Sahabxan Məcidova rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 85 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.
Sahabxan Məcidov göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş,Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Yubiliyarla xatirə şəkilləri çəkilmişdir.