PDF Oxu

Siyasət

  • 586

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi” - ŞƏRH

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakı Dövlət Universitetində YAP Yasamal rayon təşkilatı, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı və universitetin Mexanika- riyaziyyat fakültəsinin birgə təşkilatçılğı ilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, BDU-nun Memxanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, prof. Misir Mərdanov, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatın sədri, h.e.d, prof. Zahid Xəlilov, Memxanika-riyaziyyat fakültəsinin dekanı, prof. Ziyatxan Əliyev, Mexanika-riyaziyyat fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş etdirilib.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatın sədri, h.e.d, prof. Zahid Xəlilov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən bəhs edərək qeyd edib ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsidir: "Həmin sahədə keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri biləvasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir". Qeyd olunub ki, vətənpərvərlik tərbiyəsi həmçinin gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını da özündə ehtiva edir: "Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir". Bütün bunlar öz təsdiqi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərdə gənc nəslin yüksək səviyyəli rolunda tapıb. Ümumiyyətlə dövlət gənclər siyasəti gənclərin intellektual, kreativ və mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərin həllinə, faydalı məşğulluğun təmin edilməsinə imkan yaradır. Gənclərimiz Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət mərkəzindədir və görülən işlər, əldə olunan nəaliyyətlər bunun bariz göstəricisidir

Çıxış edən BDU-nun Memxanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, prof. Misir Mərdanov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Dövlət gənclər siyasətini bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət və qayğı göstərməsi isə hər bir gənci ruhlandırır. Bildirilib ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün gənclərimizlə fəxr edir və qürur duyuruq.

Mexanika-riyaziyyat fakültəsinin dekanı, prof. Ziyatxan Əliyev çıxış edərək qeyd edib ki, dövlət gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin diqqətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ümummilli Lider gənc nəslə qayğısını əsirgəməmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və inkişaf etdirilən dövlət gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biri olaraq qalmaqdadır. Gənclər cəmiyyətin gələcəyini formalaşdırır. Onların enerji, bilik və təşəbbüskarlığı cəmiyyətin hərtərəfli inkişafını təmin edir. Heç şübhəsiz ki, dövlətin və cəmiyyətin qarşılıqlı səyləri sayəsində gənclərin uğurları daha da artacaq. Qeyd olunub ki, Şanlı Zəfərlərdə gənclərin fədakarlığı və qəhrəmanlığı önə çıxmışdır. Gənclərin hərbi və texnoloji sahələrdə rolu böyük əhəmiyyət kəsb etmişdir. Dövlət gənclər siyasəti onların sosial, elmi və mədəni fəaliyyətlərini dəstəkləyir. Gənclər ölkənin tərəqqisində vacib amil kimi çıxış edirlər. Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin siyasəti gəncləri məsuliyyətli və vətənpərvər şəxsiyyət kimi formalaşdırır. Ulu Öndər Heydər Əliyev ideyaları və ölkə rəhbəri cənab İlham Əliyevin strateji liderliyi ilə formalaşan bu gənclik Azərbaycanın sabahını etibarlı əllərdə saxlayır.

Yekun nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycanda səmərəli və məqsədyönlü dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi, eləcə də 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi və Ümummilli Liderin bu formada şəxsən iştirak etməsi gənclərə dövlət səviyyəsində verilən dəyər və önəmin yüksək səviyyədə olmasından xəbər veriridi. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu amala xidmət edir. Bu gün bu siyasət Prezident, Partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda qəhrəmancasına vuruşan igid gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Əminliklə deyə bilərik ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin dinamik inkişafı nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. İnanırıq ki, Azərbaycanın gənclər ordusu göstərilən etimadı yüksək dəyərləndirərək, Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək və yeni-yeni uğurlar qazanacaq.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Digər xəbərlər