08.04.2026 –ci il tarixində Xəzər rayon Üzümçülük Sovxozu (Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəb) ünvanında partiya üzvləri ilə görüş keçirilib.Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının məsləhətçisi Nəzrin Bayramova partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ümumxalq partiyası kimi böyük nüfuz qazanıb, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. Təşkilatın sədri Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən danışıb.
Daha sonra çıxış edən Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbin direktoru Rüxsarə Əlizadə ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.
Tədbirin sonunda partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə Rüxsarə Əlizadə ərazi təşkilatının sədri, Əminə Cəfərova isə sədr müavini seçilib.