PDF Oxu

Siyasət

  • 1 274

"Ən böyük layihələr birgə əməkdaşlıq nəticəsində reallaşıb" - DEPUTAT DANIŞDI

image

"Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfəri zamanı keçirilən görüşlər və verilən açıqlamalar bir daha göstərdi ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər yüksək strateji səviyyədədir".Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.Onun sözlərinə görə, xüsusilə Prezidentin qeyd etdiyi məqam - ikitərəfli ticarət dövriyyəsinin artıq 800 milyon dolları keçməsi və ilin sonuna qədər 1 milyard dollara çatmaq potensialının olması - bu əməkdaşlığın dinamik inkişaf etdiyini göstərən mühüm göstəricidir: "Gürcüstan Azərbaycanın ən vacib qonşularından biri olmaqla yanaşı, həm də strateji müttəfiqidir. Prezidentin vurğuladığı kimi, Azərbaycanın həyata keçirdiyi iri infrastruktur və enerji layihələrinin böyük əksəriyyəti məhz Gürcüstan üzərindən keçərək Avropaya uzanır. Eyni zamanda, Azərbaycanı Türkiyə ilə birləşdirən əsas nəqliyyat və enerji marşrutları da məhz Gürcüstan ərazisindən keçir.Bu münasibətlərin təməli hələ müstəqilliyin ilk illərində qoyulub. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq 20 ildən çoxdur fəaliyyət göstərərək iki ölkə arasında əməkdaşlığın əsas sütunlarından birinə çevrilib. Bu layihədən sonra digər mühüm enerji və nəqliyyat dəhlizləri də formalaşıb.Onların sırasında Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr xüsusi yer tutur. Bu layihələr təkcə region üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.Azərbaycan-Ermənistan münaqişəsinin başa çatmasından sonra bəzi dairələr belə bir fikir irəli sürürdü ki, guya Zəngəzur dəhlizi açıldıqdan sonra Gürcüstanın rolu azalacaq. Lakin baş tutan səfər və verilən mesajlar bir daha sübut etdi ki, Azərbaycan-Gürcüstan münasibətləri digər istiqamətlərdən asılı deyil və müstəqil strateji xətt təşkil edir.Eyni zamanda, Gürcüstan Orta Dəhlizin vacib və şaxələndirilmiş hissəsidir. Son 30-40 il ərzində regionda həyata keçirilən ən böyük layihələr məhz Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı nəticəsində reallaşıb. Bu isə iki ölkə arasında münasibətlərin davamlı və uzunmüddətli olduğunu göstərir.Bundan əlavə, İkinci Qarabağ müharibəsi zamanı Gürcüstan Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Gürcüstan öz hava məkanını Ermənistana və onun tərəfdarlarına açmadı və bu, onun müstəqil və prinsipial xarici siyasət yürütməsinin göstəricisi oldu. Bu gün də Gürcüstan müxtəlif geosiyasi təzyiqlərə baxmayaraq, öz milli maraqlarına əsaslanan müstəqil siyasətini davam etdirir. Bu yanaşma Azərbaycan tərəfindən də yüksək qiymətləndirilir.Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri möhkəm təməllər üzərində qurulub və gələcəkdə də bu əlaqələrin daha da inkişaf edəcəyi şübhə doğurmur".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər