PDF Oxu

Siyasət

  • 1 309

"Prezidentin Tbilisidə müvafiq bəyanatı cari reallıqların kommunikasiyası hesab edilə bilər" - ŞƏRH EDİLDİ

image

"Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində bu ölkənin Baş naziri ilə mətbuata birgə bəyanatda nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi ilə bağlı səsləndirdiyi fikirlər əslində cari reallıqların inikasıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, qütblərarası ziddiyyətlərin dərinləşməsi, xüsusən Rusiya-Ukrayna münaqişəsi və İran ətrafında son gərginlik şəraitində Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Cənubi Qafqazın ən etibarlı tranzit bağı olması reallığı artıq qlobal miqyasda qəbullanılıb:"O cümlədən Azərbaycan Prezidentinin liderliyində zamanında reallaşdırılan çoxsaylı kommunikasiya layihələri cari aspektdən regionun əhəmiyyətini daha da artırmaqdadır. Regiona diqqətin artdığı bir məqamda, təbii ki, daşımaların alternativlər şəraitində həyata keçirilməsi daha etibarlı ola bilər və bu baxımdan Azərbaycanın Gürcüstan üzərindən tranzitlə yanaşı, həm də Zəngəzur dəhlizi ilə bağlı prosesləri irəlilətməsi həm bir istiqamətdə asılılığı aradan qaldırır, digər tərəfdən isə artan tələbat fonunda bütün mümkün gecikmələrin qarşısını alır. Prezident İlham Əliyevin Tbilisidə müvafiq bəyanatı da məhz cari reallıqların kommunikasiyası hesab edilə bilər və bu istiqamətdə Azərbaycan və Gürcüstanın eyni mövqedən çıxış etməsi konfiqurasiyanın uğurundan xəbər verir".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər