ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə son söhbətində onu Livana hücumları azaltmağa və danışıqlarda israr etməyə çağırıb.Bu barədə CNN-ə adı açıqlanmayan ABŞ rəsmisi bildirib.Nəşr qeyd edir ki, 8 apreldə Netanyahu ilə söhbətində Tramp ondan Livan ərazisinə hücumları azaltmağı və İranpərəst Hizbullah qrupunun tərksilah edilməsi ilə bağlı Livan hökuməti ilə danışıqlar aparmağı istəyib. Netanyahunun buna razı olub-olmadığı, yoxsa sadəcə Trampın xahişini qəbul edib-etmədiyi bəlli deyil.
İsrail rəsmisi CNN-ə bildirib ki, hazırda hərbi əməliyyatların dayandırılması müzakirə olunmur və "danışıqlar atəş altında olacaq".
Cümə axşamı İsrail ordusu Livana hücumlarını davam etdirib və Beyrutun cənub ətrafı sakinlərini oradakı təhlükə barədə xəbərdar edib. Bir neçə Avropa paytaxtı İsrailin Hizbullaha qarşı mübarizə çərçivəsində Livan ərazisinə son hücumlarına qarşı qəzəblərini bildirib. Bu hücumlar nəticəsində yüzlərlə mülki şəxs həlak olub və minə yaxın insan yaralanıb.
Bu arada Livan hakimiyyəti İsrailin mülki əhalini hədəf alması ilə bağlı BMT-yə şikayət ünvanlayıb. Yaxın vaxtlarda BMT-nin Livan hökumətinin şikayətinə cavab verəcəyi bildirilsə də, İsrailə qarşı hansı tədbirlərin görüləcəyi qeyd olunmur.
İlham