Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının, Astara rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinə həsr olunmuş maarifləndirici tədbir “Heydər Əliyev – Müasir müstəqil Azərbaycanın Memarı” adlanırdı.
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxundu , Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anıldı..
Ulu Öndərin Azərbaycan dövlətinin möhkəmləndirilməsi, xalqın milli birliyinin təmin olunması, ölkəmizin müstəqilliyinin qorunması və inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində misilsiz xidmətlərindən geniş söhbət açan Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru, ərazi partiya təşkilatının sədri Bahadur Əhmədov onu da xüsusilə vurğuladı ki, xalqın ümidini layiqincə doğurdan dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ağır sınaqlardan uğurla çıxaraq sabitlik, tərəqqi və inkişaf yoluna qədəm qoydu.
Ulu Öndər Heydər Əliyev ideyalarının gələcək nəsillər üçün əsl dövlətçilik məktəbi olduğunu bildirən YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov daha sonra dedi:-
Ölkəmizin qazandığı nailiyyətlərin əsasında Ulu Öndər tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu uğurlu yolu layiqincə davam etdirməsi faktı dayanır. Bunun nəticəsidir ki, Azərbaycan bu gün öz gücünə ərazi bütövlüyünü bərpa edərək, Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı dünya səviyyəli siyasətçi Heydər Əliyevin varisi Prezident İlham Əliyevin əlindədir. Ölkə rəhbəri İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bunu təkcə bizlər deyil, bütün dünya bildirir...
Partiya sıralarına yeni daxil olmuş üzvlərə vəsiqələrin verilməsi ilə tədbir başa çatdı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü