PDF Oxu

Siyasət

  • 1 207

“Yeni Azərbaycan” qəzetinin yaranmasından 33 il ötür

image

Bu gün “Yeni Azərbaycan” qəzetinin yaranmasından 33 il ötür.
SİA xəbər verir ki, 1993-cü ildə təsis olunan qəzet müasir Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayıb. Ulu öndər Heydər Əliyevin siyasi kursunun təbliği, dövlətçilik ideyalarının geniş ictimaiyyətə çatdırılması və ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrin operativ şəkildə işıqlandırılması “Yeni Azərbaycan” qəzetinin əsas fəaliyyət istiqamətlərindən olub.Yarandığı ilk gündən etibarən qəzet obyektivlik, peşəkarlıq və dövlət maraqlarına sədaqət prinsiplərini əsas götürərək oxucuların etimadını qazanıb. Müxtəlif dövrlərdə ölkədə həyata keçirilən islahatlar, sosial-iqtisadi inkişaf, beynəlxalq əlaqələr və digər mühüm sahələr barədə dolğun materiallar təqdim edən nəşr bu gün də informasiya məkanında öz mövqeyini qoruyub saxlayır.33 illik fəaliyyəti ərzində “Yeni Azərbaycan” qəzeti zəngin inkişaf yolu keçərək müasir media mühitinə uyğunlaşmağı bacarıb, ənənə ilə yeniliyin vəhdətini qoruyub. Bu münasibətlə qəzetin kollektivi və oxucuları səmimi qəlbdən təbrik edilir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev “Yeni Azərbaycan” qəzetini təbrik edir, fəaliyyətinin Azərbaycan mediasındakı əhəmiyyətindən bəhs edib:“Yeni Azərbaycan Partiyasının təsisçisi olan “Yeni Azərbaycan” qəzetinin 33 illik yubileyi münasibətilə redaksiya kollektivini və bütün oxucularını ürəkdən təbrik edirəm.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu qəzet ötən illər ərzində milli dövlətçilik ideyalarının təbliğində, cəmiyyətin maarifləndirilməsində və ictimai-siyasi proseslərin obyektiv işıqlandırılmasında mühüm rol oynayıb. “Yeni Azərbaycan” qəzeti hər zaman dövlətçilik mövqeyinə sadiqliyi, peşəkarlığı və prinsipiallığı ilə seçilib.
Bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf siyasətinin informasiya təminatında da qəzetin xüsusi yeri var. O, müasir dövrdə də öz missiyasını layiqincə yerinə yetirərək milli maraqların qorunmasına xidmət edir.Bu əlamətdar gün münasibətilə başda hörmətli dostum Alqış müəllim olmaqla qəzetin kollektivinə möhkəm cansağlığı, yaradıcılıq uğurları və gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıram”.

Digər xəbərlər