PDF Oxu

Siyasət

  • 952

Köçərli ərazi partiya təşkilatında tədbir keçirilib - FOTOLAR

image

YAP Tərtər rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq “Tarixi Zəfərdən Böyük Qayıdışa: Azərbaycan memarlığının yeni dövrü"” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev və Köçərli ərazi partiya təşkilatının üzvləri ştirak edib.Öncə tədbir iştirakçılar Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev Azərbaycan memarlıq məktəbinin zəngin irsinin qorunması, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalarla zənginləşdirilməsi, eləcə də şəhərsalmanın tarixi inkişaf yolundan bəhs olunub. Azərbaycan memarlıq məktəbinin formalaşmasında və şəhərsalma sahəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanıb.

Sonra Elnur Ələkbərov, Cahangir Məmmədov, İlkin Abbasov, Lətafət Cəfərova və digərləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsinin ölkənin tikinti sektorunda yeni inkişaf mərhələsi yaratdığı, şəhər mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına yüksək diqqətin göstəricisi olduğu qeyd ediliblər. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması və ərazilərin sürətli dirçəldilməsi bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyinin əyani təzahürü olduğu bildirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tarixi-memarlıq abidələrinin qorunması və bərpası istiqamətində görülən işlərin milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Sonda Köçərli ərazi partiya təşkilatında işlərin daha da səmərəli olmasını təmin etmək üçün ərazi partiya təşkilatına yeni sədrin və sədr müavinin seçilməsinə zərurət yaranmışdır. Tədbirdə ərazi partiya təşkilatının sədri başqa yerə işə getdiyi üçün yeni sədr və sədr müavini seçilmişdir. Elnur Ələkbərov ərazi partiya təşkilatının sədri, Cahangir Məmmədov isə sədr müavini seçilmişdir.

Digər xəbərlər