PDF Oxu

Siyasət

  • 463

Şəmkirdə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

image

09 aprel 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Dağ-Cəyir kənd ərazi partiya təşkilatının ərazisində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının nümayəndələri, partiya fəalları və könüllülər iştirak ediblər.

Aksiya zamanı Dağ-Cəyir kəndi ərazisində 100 ədəd şam ağacı əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.

Digər xəbərlər