PDF Oxu

Siyasət

  • 487

YAP Tərtər rayon təşkilatında tədbir keçirilib - FOTOLAR

image

13 aprel 2026-cı il tarixdə YAP Tərtər rayon təşkilatı Mədəniyyət ərazi partiya təşkilatında “Azərbaycan memarlığının Zəfər salnaməsi: Qarabağın yenidən qurulması” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Fərid Hacıyev və ərazi partiya təşkilatının üzvləri iştirak etmişdir.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev çıxış edərək qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2026-cı il “Memarlıq və Şəhərsalma ili” elan olunmuşdur. Bu mühüm qərar Azərbaycan dövlətinin şəhərsalma siyasətinə, müasir memarlığın inkişafına və milli irsimizin qorunmasına verdiyi yüksək dəyərin bariz nümunəsidir. Memarlıq yalnız binaların inşası deyil, o, xalqın tarixini, mədəniyyətini, dünyagörüşünü və gələcəyə baxışını əks etdirən bir sənətdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görülmüş, şəhərlərin siması dəyişmiş, yeni mikrorayonlar salınmışdır. Tarixi və memarlıq abidələrinin qorunması isə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Gündüz Alıkişiyev qeyd etdi ki, bu siyasi kurs bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən memarlıq və şəhərsalma sahəsində böyük dövlət proqramları icra olunur, qədim ənənələr qorunmaqla şəhərlərimizin siması müasirləşdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır. Azad edilmiş ərazilərdə müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz, “yaşıl enerji” prinsiplərinə əsaslanan yeni şəhərlər və yaşayış məntəqələri salınır. Bu gün Qarabağda həyata keçirilən yenidənqurma işləri sadəcə tikinti prosesi deyil, həm də tarixi ədalətin bərpası, həyatın yenidən canlanması və gələcəyə inamın möhkəmləndirilməsidir. Yeni yollar, hava limanları, yaşayış kompleksləri, məktəblər və sosial obyektlər regionun sürətli inkişafını təmin edir.

Tədbirdə çıxış edən digər natiqlər – Fərid Hacıyev, Səlimə Yusibova, Emin Haqverdiyev, Mahir Qurbanov və digərləri bildirdilər ki, Azərbaycanın müasir şəhərsalma siyasəti həm milli ənənələrə, həm də qlobal innovasiyalara söykənir. Son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı layihələr şəhərlərimizin simasını tamamilə dəyişmiş, müasir və dayanıqlı inkişaf modelinin əsasını qoymuşdur. Xüsusilə azad edilmiş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işləri bu sahədə yeni bir mərhələnin başlanğıcıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, ekoloji tarazlığın qorunması və müasir memarlıq üslubunun milli dəyərlərlə vəhdəti diqqətəlayiqdir.

Digər xəbərlər