PDF Oxu

Siyasət

  • 1 399

"Bu gəmiləri məhv edəcəyəm!" - Tramp yenə İranı HƏDƏLƏDİ

image

ABŞ Prezidenti "Truth Social" sosial şəbəkəsində Hörmüz boğazında ABŞ blokadasını pozmağa cəhd edən İran gəmilərini məhv etməklə hədələyib. O bildirib ki, İranın hərbi dəniz donanması dənizin dibindədir və ABŞ artıq 158 gəmini məhv edib.

SİTAT: "Biz yalnız az sayda sürətli hücum katerlərinə zərbə endirmədik, çünki onları ciddi təhlükə hesab etmirdik. Xəbərdarlıq: əgər bu gəmilərdən hər hansı biri bizim blokadamıza yaxınlaşarsa, dənizdəki gəmilərdə narkotik alverçilərinə qarşı istifadə etdiyimiz eyni məhvetmə sistemi tətbiq olunmaqla dərhal məhv ediləcək. Bu, sürətli və sərtdir. P.S. ABŞ-yə okean və ya dəniz yolu ilə daxil olan narkotrafikin 98,2%-inin qarşısı alınıb!", - Tramp yazıb.

Mətləb