Azərbaycan səhiyyə tarixində silinməz iz qoymuş görkəmli alim və həkim Zərifə Əliyeva öz həyatını insan sağlamlığının qorunmasına və tibb elminin inkişafına həsr etmişdir. O, xüsusilə oftalmologiya sahəsində apardığı elmi-tədqiqat işləri ilə tanınmış, görmə orqanlarının peşə xəstəliklərinin öyrənilməsində mühüm nailiyyətlər əldə etmişdir. Zərifə xanımın araşdırmaları nəticəsində bir çox istehsalat sahələrində çalışan insanların göz sağlamlığının qorunması üçün yeni üsullar hazırlanmış və tətbiq olunmuşdur.
Onun elmi fəaliyyəti yalnız nəzəri tədqiqatlarla məhdudlaşmamış, praktiki səhiyyəyə də mühüm töhfələr vermişdir. Zərifə Əliyeva həkim kimi yüksək peşəkarlığı, xəstələrə qayğıkeş münasibəti və humanist yanaşması ilə seçilmişdir. O, tibb sahəsində çalışan gənc kadrların yetişdirilməsinə də böyük diqqət göstərmiş, onların formalaşmasında mühüm rol oynamışdır. Bu baxımdan onun fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişafında mühüm mərhələ təşkil e
Zərifə Əliyeva yalnız alim və həkim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsiyyət kimi yadda qalmışdır. Onun həyat yolu zəhmətkeşlik, vətənə sədaqət və insanlara xidmət prinsipləri üzərində qurulmuşdur. Zərifə xanımın fəaliyyəti bu gün də Azərbaycan səhiyyə işçiləri üçün nümunədir və onun elmi irsi müasir tibb elminin inkişafında öz əhəmiyyətini qoruyub saxlayır.
Onun xatirəsi Azərbaycan xalqı tərəfindən daim hörmətlə yad edilir. Zərifə Əliyevanın səhiyyə sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, bir sıra mükafatlara layiq görülmüşdür. Bu gün onun adı yalnız tibbdə deyil, ümumilikdə Azərbaycan cəmiyyətində yüksək ehtiramla çəkilir. Onun həyat və fəaliyyəti sübut edir ki, elmə və insanlara həsr olunmuş ömür heç vaxt unudulmur və gələcək nəsillərə örnək olaraq yaşayır.
Bağırova Cəmilə
YAP Ordubad rayon təşkilatında məsləhətçi