PDF Oxu

Siyasət

  • 572

Mənəviyyat və şəfqət zirvəsi - ŞƏRH

image

Dünya tarixində elə şəxsiyyətlər var ki, onların ömür yolu sadəcə bioqrafik faktlardan ibarət deyil; bu yol həm də bir mənəviyyat məktəbi, insanlıq dərsidir. Ulu Öndər Heydər Əliyevin böyük ehtiramla vurğuladığı kimi, xoşbəxtlik nisbi anlayış olsa da, sağlığında xalqın sevgisini qazanıb, əbədiyyətə qovuşduqdan sonra şərəfli ad qoymaq həqiqi xoşbəxtliyin təzahürüdür. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva məhz belə bir xoşbəxt taleyin sahibi idi. Akademik Zərifə xanım Əliyeva üçün həkimlik peşəsi sadəcə texniki biliklərin tətbiqi və ya tibbi diaqnostika ilə məhdudlaşmırdı. Onun yanaşmasında bu peşə, ilk növbədə, yüksək mənəviyyata söykənən bir vicdan missiyası və insana xidmət sənəti idi. Alimin "Həkimin mənəvi dünyası" və "Tibb etikası" mövzusundakı fundamental baxışları, bu gün də müasir səhiyyə sistemində gənc kadrların formalaşması üçün mənəvi proqram rolunu oynayır. Zərifə xanım Əliyevanın baxışlarında həkim obrazı həm də cəmiyyətdə mənəvi etalon olmalıdır. O, tibb işçilərini xəstə qarşısında səbirli, təmkinli və son dərəcə həssas olmağa çağırırdı. Onun üçün "həkim etikası" anlayışı sadəcə nəzəriyyə deyil, hər bir xəstənin ağrısını öz ağrın kimi hiss etmək bacarığı idi. Zərifə xanım Əliyevanın elmi fəaliyyəti Azərbaycan oftalmologiya elminin qızıl dövrünü təşkil edir. O, tibb elminin ən çətin sahələrindən biri olan göz xəstəliklərinin müalicəsi və profilaktikası istiqamətində fundamental tədqiqatlar aparmışdır. XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinin ləğvi Zərifə xanımın adı ilə bağlıdır. O, bu xəstəliyin müalicəsində sintomisin tətbiqini elmi şəkildə əsaslandıraraq minlərlə insanın görmə qabiliyyətini xilas etmişdir. Dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradan Zərifə xanım, sənaye müəssisələrində çalışan işçilərin göz sağlamlığının qorunması metodlarını işləyib hazırlamışdır. Elmdə qazandığı nailiyyətlərə görə o, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alim olmuşdur.

Akademik Zərifə xanım Əliyeva Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna rol oynamış ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşı, vəfalı ömür yoldaşı olmuşdur. O, ən çətin anlarda Ulu Öndərin mənəvi dayağına çevrilmiş, eyni zamanda ölkəmizə layiqli rəhbər və şəxsiyyətlər yetişdirən bir ana kimi adını tarixə yazdırmışdır. Onun tərbiyə etdiyi övladlar bu gün də Zərifə xanımın mənəvi irsini yaşadırlar.

Rizvan Məmmədov

YAP Şahbuz rayon təşkilatının sədri

Digər xəbərlər