Nəinki Azərbaycan qadınları, bütün dünya qadınlarına nümunə ola biləcək nurlu sima böyük oftalmoloq – alim, sədaqətli silahdaş, gözəl ana məhz Zərifə xanım Əliyevadır.
Zərifə xanım o insanlardandır ki, onun ömrü kiçik zaman kəsiyinə sığmır, böyük ümmanlar kimi xalqın yaddaşında əbədi iz buraxır, mənalı həyatı zaman-zaman insanlar üçün örnək olur , əməlləri gözəl insani keyfiyyətləri ilə insanların qəlbində işıqlı zərrələrə dönür.
O, özünün zərif, kövrək çiyinlərində böyük məsuliyyət və fədakar məhəbbət yükünü daşıyırdı.
Azərbaycanın görkəmli oftomoloqu, alimi, akademik Zərifə Əliyeva məhz belə ömür yaşamışdır.
Zərifə xanım Əliyeva Qədim Naxçıvan diyarında , adlı – sanlı ziyalıların vətəni olan Şaxtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Taleyin hökmü ilə uşaqlıq və ilk gənclik illəri Şaxtaxtında keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən yararlanmışdır. Zəngin və davamlı ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elinə işıqlı ideallara istiqamətləndirmişdir.
O, 1942- ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Tibb İnstitunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Ali təhsil almaq məqamında Zərifə Əliyevanın həkimlik sənətini seçməsi atası – Tibb elmləri doktoru, professor Əziz Əliyevin yolunu davam etdirmək arzusundan doğmuşdursa, göz həkimliyinin ixtisas kimi qəbul olunması onun xeyirxahlığından, işıqlı insan olmasından irəli gəlmişdir.
Ümummilli liderimiz H.Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva Ulu Öndərimizin Azərbaycanın inkişaf sahəsindəki qətiyyətli mübarizəsinə də etibarlı dayaq olmuşdur. Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndərimiz deyirdi: “ Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır: birincisi deantologiyanı bir elm kimi meydana atıbdır , ikincisi Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağaltsın”.
Akademik Zərifə xanım Əliyeva göz xəstəliklərinin mütəxəssisi kimi bu sahədə elmin əsas yaradıcılarındandır. O, göz xəstəliklərinin müalicəsi problemini elmi mərtəbə səviyyəsinə çatdırmışdır. Zərifə xanım daim həkim xəstə münasibətinə xüsusi diqqət yetirmişdir. O, dəfələrlə demişdir ki, həkimlə xəstənin bir başa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstələrə ümid verir, onun orqanizminə qarşı müqavimətini artırır.
Özünün çoxcəhətli, səmərəli fəaliyyəti Azərbaycan elmində, ictimai-mədəni mühitdə tutduğu yerə görə Zərifə xanım Əliyevanın xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Azərbaycanın ayrı-ayrı şəhər, qəsəbə və kəndlərində görkəmli alimin adını daşıyan parklar, təhsil, səhiyyə, elm və mədəniyyət ocaqları onun parlaq xatirəsinə dərin ehtiramın ifadəsinə çevrilib. Zərifə xanım Əliyevanın adını daşıyan Şaxtaxtı kənd tam orta məktəbi, məktəbdəki muzey, Naxçıvan şəhərində Zərifə Əliyeva küçəsi, Naxçıvan şəhər Polikilinikası görkəmli alimin doğulduğu torpaqda adının əbədiləşdirildiyi ünvanlardır. Onun xatirəsinə ucaldılan büst və abidələr görkəmli alimə və əsl insana göstərilən ehtiramın və məhəbbətin tükənməz təzahürüdür.
O, həm həyat yoldaşı, həm ana kimi nəsillərə örnək olacaq həyat yaşayıb. Ömür gün yoldaşı, Ümummilli Lider Heydər Əliyev Zərifə xanım haqqında danışarkən hər zaman onun gözəl həyat yodaşı olduğunu qeyd edirdi. O, Azərbaycana İlham Əliyev kimi bir şəxsiyyət, lider bəxş etmişdir.
Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə eləcə də ictimai – siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın qəlbində daima yaşayacaqdır!
Sevinc Mustafayeva
YAP Culfa rayon təşkilatının fəalı