PDF Oxu

Siyasət

  • 1 231

Müqəddəslik zirvəsinin Sadiqi -ŞƏRH

image

Zəfər şəhidi Sadiq Bağırzadənin 24 yaşı tamam oldu

Sadiq Şahin oğlu Bağırzadə Vətəninə, xalqına ilahi bir məhəbbətlə bağlanmışdı. Elə ikinci Qarabağ müharibəsində onu şəhidlik zirvəsinə aparan bu ilahi sevgi oldu. Sadiq ağır müharibə meydanında son nəfəsinə qədər erməni faşistlərinə qarşı mərdliklə vuruşaraq öz adını canı, qanı bahasına torpağı Vətən edən oğulların cərgəsinə yaza bildi. İndi doğulub boya başa çatdığı Astara eli öz şəhid oğlu ilə fəxr edir, onun müqəddəsliyinə tapınaraq xoş gələcəyə doğru gedirlər.

Evin tək oğlu olan Sadiq Astara rayonu, Ərçivan qəsəbəsində sadə bir ailədə anadan olmuşdu. Adı çəkilməklə insanlarda qürur hissi yaranan bu sədaqətli bəşər övladının bu dünyaya gəlib- getməyi düz on səkkiz il çəkdi. Qaldı ki, həmişə varlığına güvəndiyi doğma Azərbaycanına elə bir misilsiz xidmət göstərdi ki, qisməti milyonların qəlbində əbədi yaşamaq oldu. İndinin özündə isə Sadiq bütün astaralıların gözündə dünya boyda işıq, ürək dolu sədaqət, mərdlik, qeyrət nişanəsidir. Və zaman-zaman bu, etibar, sevgi yaşayar...

Rəhmətik atası Şahin deyərdi ki, Sadiqin Vətəni üçün böyüməsi mənə tam aydın idi. Azərbaycanın üç rəngli bayrağını dünya idman arenalarında ucaltmaq məqsədilə 8 yaşında özünü idmana bağladı. Günlər, aylar bir-birini əvəz etdikcə Sadiq çox güclü boksçu kimi cəmiyyət içində sevilməyə başladı. Məktəbdə yaxşı oxumaqla bərabər, Astara Boks Mərkəzində məşq edirdi. Tanıyanlar onun böyük gələcəyindən danışırdı. Dəfələrlə rayon, respublika yarışların qalibi oldu Sadiq. Azərbaycanın milli komandasına üzv yazıldı. Əsgərliyə getməsinə lap az qalmış boks üzrə Azərbaycan birinciliyində bürünc medal, Baki birinciliyinin isə qalibi adını qazananda çox sevinirdi. Qələbə ilə evə dönəndə mənə ” Ata, bir gün Xocalı faciəsinin qisasını erməni dığalardan alacağam” deyərdi. Ürəyində Vətənlə bağlı neçə-neçə arzular boy tuturdu... Sadiq Vətən müharibəsində də hünər göstərdi. Döyüş yoldaşlardan “Murov aslanı” ləqəbini qazandı. Dövlət oğlumu unutmadı. O “Vətən uğrunda”, “Cəsur döyüşçü” medallar ilə təltif olundu.

Sadiq Şahin oğlu Vətənə borcunu vermək üçün 2020-ci ildə həqiqi hərbi xidmətə yollanır. İdmançı olduğunu nəzərə alıb onu Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə götürürlər və kəşfiyyatçı kimi təlimlərə başlayır. Təlimlərdə cəsurluğu, çevikliyi həmişə Sadiqi diqqət mərkəzində saxlayır. Dörd aydan sonra Vətən müharibəsi başlanır. Sadiq düşmənlə döyüş meydana xüsusi keyfiyyətlərə malik bir kəşfiyyatçı kimi atılır. Murov yüksəkliyin azad etməsində göstərdiyi hünər heç vaxt Zəfər tariximizdən silinməz. Çətin sıldırımlı dağ yollarını keçməklə iki günə 16 erməni postunu dağıdır, çoxlu sayda qan içən qulduru məhv edir. Zəfər günümüzü gözləməklə erməniləri qırdıqca, qəlbində onlara qarşı nifrəti daha da alovlanır. Sadiq şəhid olduğu gündə də düşmənə yaxşıca qan qusdura bilir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər