PDF Oxu

Siyasət

  • 604

Zəngilanda tədbir keçirilib - FOTOLAR

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Zəngilan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş video çarx nümayiş etdirilib.

Giriş nitqi ilə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafında mühüm rolundan, onun insanlara göstərdiyi yüksək qayğı və diqqətdən bəhs etmişdir. O, akademikin həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu xüsusi vurğulamış və bildirmişdir ki, Zərifə Əliyeva yalnız öz dövrünün deyil, bu günümüzün də tibb ictimaiyyəti üçün örnək olan bir şəxsiyyətdir. Onun oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar, xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsi istiqamətində gördüyü işlər Azərbaycan tibb elminə mühüm töhfələr vermişdir.

Zəngilan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ceyran Abbasova da öz çıxışında akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən, onun elmi məktəbinin bu gün də uğurla davam etdirildiyini qeyd etmişdir. Bildirmişdir ki, akademikin elmi irsi müasir səhiyyə sistemində mühüm əhəmiyyət kəsb edir və gələcək nəsillər üçün dəyərli mənbədir.

Tədbirdə çıxış edən digər həkimlər də Zərifə Əliyevanın mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən və cəmiyyətə verdiyi töhfələrdən bəhs etmişlər. Qeyd olunmuşdur ki, onun xatirəsi hər zaman ehtiramla yad edilir və Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.

Digər xəbərlər