PDF Oxu

Siyasət

  • 900

Qobustanda Hüsniyə Zaliyevanın 75 illik yubileyi qeyd olunub -FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan, Qobustan şəhər sakini, Hüsniyə Zaliyevanın 75 illik yubileyi münasibətilə onunla evində görüş keçirilmişdir. Görüşdə Qobustan şəhəri ərazi partiya təşkilatının sədri Səid Rəhimov, yubilyarın həyat yoldaşı Fərhad Zaliyev, oğlu Ramil Zaliyev, yaxınları Adil Baloğlanov və Ziyafət Baloğlanova iştirak etmişlər.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Hüsniyə Zaliyeva ilə söhbətində qeyd etmişdir ki,yubilyar uzun illər Qobustan rayonu Kooperativ Cəmiyyətində baş mühasib və sədr vəzifələrində çalışmışdır.

Qasım Qasımov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.

Görüşün sonunda partiya veteranı Hüsniyə Zaliyevaya rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 75 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.

Sonda çıxış edən partiya veteranı Hüsniyə Zaliyeva göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş,Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.

Yubiliyarla xatirə şəkilləri çəkilmişdir.

Digər xəbərlər