“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə tər güllər düzülüb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildiriblər ki, akademik Zərifə Əliyeva xalqımızın yaddaşında əbədi qalan görkəmli şəxsiyyətlərdəndir. Qeyd olunub ki, o, həyatını insanlara xidmətə, elmi axtarışlara və oftalmologiya sahəsinin inkişafına həsr edib, yüksək insani keyfiyyətləri ilə seçilib. Onun həm də qayğıkeş ana və vəfalı ömür-gün yoldaşı kimi Ulu Öndər Heydər Əliyevə daim mənəvi dəstək olduğu vurğulanıb.
Anım tədbirində həkim-oftalmoloqlar Raqiya İsmayılova və Məlahət Mustafayeva, şəhid atası Qədir Əfəndiyev, partiya fəalı Fəridə Xudiyeva çıxış edərək akademik Zərifə Əliyevanin həyatı, elmi və tibbi fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Sonda partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı tərəfindən akademik Zərifə Əliyevayə həsr olunmuş şeirlər səsləndirilib.