PDF Oxu

Siyasət

  • 1 264

Sahibə Qafarova Türkiyədə Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının açılışında iştirak edib

image

Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyasının açılış mərasimində iştirak edib.SİA-nın məlumatına görə, tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, PAİ-nin prezidenti Tulia Akson, PAİ-nin baş katibi Martin Çunqonq və BMT-nin koordinatoru Babatunde Ahonsi çıxış edərək keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlərini bildiriblər, tədbirin işinə uğurlar arzulayıblar."Gələcək nəsillər naminə ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və ədalətin qorunması" mövzusuna həsr olunan assambleyada parlamentlərin bu istiqamətdə fəaliyyətinin daha da gücləndirilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunacaq, bu sahədə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.

Digər xəbərlər