PDF Oxu

Siyasət

  • 1 752

YAP Samux rayon təşkilatında tədbir keçirilib - FOTOLAR

image

Aprelin 16-də YAP Samux rayon təşkilatı tərəfindən Sərkar kənd ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq ili” çərçivəsində partiya üzvlərinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyev və türk dünyası” mövzusunda tədbir keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, türk dünyası ilə əlaqələrin inkişafına da xüsusi önəm verib. Bildirib ki, məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan digər türk dövlətləri ilə siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrini genişləndirərək regionda mühüm əməkdaşlıq platformasına çevrilib.

G.Bayramov həmçinin vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir və Azərbaycan türk dünyasının birliyinə öz töhfəsini verməkdə davam edir.

Daha sonra tədbirdə iştirak edən Samux rayon Ağsaqqallar Şurasının üzvləri Təhmasib Əliyev, Gülağa Hüseynov və fəal partiya üzvləri Sevda Binnətova, Fidan Xəlilova, Rəqiyyə Hüseynova çıxış edərək Ulu Öndər Heydər Əliyevin türk dünyasının inteqrasiyası istiqamətində gördüyü işlərdən bəhs ediblər. Qeyd olunub ki, onun təşəbbüsü ilə formalaşan əməkdaşlıq prinsipləri bu gün türk dövlətləri arasında qarşılıqlı etimadın və birliyin möhkəmlənməsinə mühüm töhfə verir. Çıxışlarda həmçinin bildirilib ki, Ulu Öndərin ideyaları əsasında qurulan müasir Azərbaycan dövləti bu gün İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək beynəlxalq aləmdə nüfuzunu artırır və türk dünyasında lider mövqeyini möhkəmləndirir.

Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb, onun ideyalarının daim yaşayacağını bildiriblər.

Digər xəbərlər