PDF Oxu

Siyasət

  • 1 292

“Azərbaycan bu istiqamətdə real nəticələr ortaya qoymağa qadir beynəlxalq subyektdir” - ŞƏRH

image

“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahının yaradılması Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirdiyi uğurlu liderliyin və şəxsən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Hərəkatın ətalətdən çıxaraq institusionallaşan aktiv mexanizmə çevrilməsinin praktik nəticəsidir”.Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, bu qərar ölkəmizin beynəlxalq sistemdəki yumşaq güc obrazını daha da möhkəmləndirərək beynəlxalq münasibətlər sistemində məhz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın multilateralizmin ən böyük dəstəkçilərindən biri kimi sabit mövqeyə və artan rola malik olduğunu sübut edir:“Bu qərar Azərbaycan paytaxtının müxtəlif təsisatlar üzrə analoji statusa malik Nyu-York, Cenevrə, Vyana kimi mühüm qlobal qərarların müzakirə edildiyi diplomatik hablardan biri kimi tanınması baxımdan da ciddi önəmə malikdir. Bakıdakı qərargah xarici ölkələrin parlamentariləri ilə birbaşa təmas nöqtəsinə çevrilməklə həm Azərbaycanın milli maraqlarının təbliği, həm də qlobal məzmunda ölkəmizi dünya dövlətlərinin bərabərhüquqlu əməkdaşlığını və suverenliyini nəzərdə tutan “Bandunq prinsipləri”nin parlament səviyyəsində əsas hamilərindən birinə çevirmiş olur. Eyni zamanda bu qərargah inkişaf etməkdə olan ölkələr üçün iqtisadi, humanitar, hüquqi məsələlərdə ortaq təşəbbüslərin hazırlandığı beyin mərkəzi rolunu oynamaqla Azərbaycanın təkcə regionda deyil, həm də Asiya, Afrika və Latın Amerikası ölkələri arasında nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək. Türkiyənin İstanbul şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 5-ci konfrasında Azərbaycan Milli Məclisinin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri professor Sahibə Qafarovanın çıxışında ifadə olunan mövqe də onu deməyə əsas verir ki, Azərbaycan bu məsuliyyətli prosesin öhdəsindən layiqincə gəlməyə hazır və bu istiqamətdə real nəticələr ortaya qoymağa qadir alternativsiz beynəlxalq subyektdir”.

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər