PDF Oxu

Siyasət

  • 996

YAP Sədərək rayon təşkilatında görüş keçirilib - FOTOLAR

image

Aprelin 16 -da Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatında partiya veteranı və fəal üzvlərinin yubileylərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə partiyanın fəal üzvləri, partiya veteranı Teymur Quliyev 90 illik, Əməkdar müəllimlər Həsənova Vəfa Əflatun qızı, Əliyeva Samirə Vaqif qızı və Səlimzadə Vüqar İslam oğlunun 50 illik yubileyləri qeyd olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri Arif Qasımov çıxış edərək yubilyarları təbrik edib, onların mənalı ömür yolu və rayonun ictimai-siyasi həyatındakı xidmətlərindən bəhs edib. O, vurğulayıb ki, hər dörd yubilyar uzun illərdir partiyanın sıralarında sadiq fəaliyyət göstərir, gənc nəslə nümunə olan fəal üzvlər kimi tanınırlar. Rayon təşkilatının sədri yubilyarlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən yubilyarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqdan qürur duyduqlarını qeyd ediblər.
Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və yubileyləri münasibətilə Teymur Quliyeva, Vəfa Həsənova, Samirə Əliyeva və Vüqar Səlimzadəyə Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilmiş və xatirə hədiyyəsi təqdim edilmişdir.

Digər xəbərlər