Lerik rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti ağacəkmə aksiyası da mütəşəkkil olub. Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasovun, YAP Lerik rayon təçkilatının sədri Malik Mirzəyevin , rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının, eləcə könüllülərin iştirak etdikləri aksiya zamanı Lerik-Qosmalıan-Kələxan avtomobil yolunun kənarlarında, rayonun digər ərazilərində ümumilikdə 500-ə yaxın həmişəyaşıl ağaclar və gül kolları əkilib. Yeni əkilən tinglər suvarılıb, mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.
Həmçinin sonda çıxış edən rayon rəhbəri bildirib ki, həyata keçirilən belə aksiyalar rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və şəhərsalma mədəniyyətinin inkişafında mühüm əhəmiyyət daşıyır, sakinlər arasında təbiətə qayğı və ətraf mühitin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinə xidmət edir. “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Lerikin bütün ərazisində bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulubdur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü