PDF Oxu

Siyasət

  • 583

Şəmkirdə tədbir keçirilib - FOTOLAR

image

YAP Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar sərgi və tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax-Tovuz Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səbuhi Xasməmmədov, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Abdullayeva və partiya fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlardan birini məhz tarixi abidələrimiz təşkil edir desək yanılmarıq. Ona görə də müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdən sayılır. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatıb.

Digər çıxış edənlər ölkəmizdə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib, bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tariximizin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynayır.

Sonda tədbir iştirakçıları Şəmkirin qədim ruhunu əks etdirən sərgi ilə tanış olub, milli musiqi və rəqs nümunələrindən ibarət konsert proqramını izləyiblər.

Yekununda xatirə şəkli çəkilib.

Digər xəbərlər