Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri və COP31-in prezidenti Murat Kurum ilə görüşüb.
SİA xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüşdə Azərbaycanın davamlılığı təmin edərək COP-a dəstək olmaq üçün COP31 Sədrliyi ilə birlikdə çalışacağı vurğulanıb.
Yaradıcılar müştərilərin reaksiyalarını eşitməyi səbirsizliklə gözləyirlər...