PDF Oxu

Siyasət

  • 994

Vətən müharibəsi I qrup əlili Xəyyam Əhmədova diqqət və qayğı - FOTO

image

Lənkəranın igid oğlu Xəyyam Hidayət oğlu Əhmədovun Vətəninə sədaqəti, mərdliyi 44 günlük haqq savaşımızda özünü yaxşı göstərdi. O, müharibənin sonuna kimi yağıya qarşı amansız oldu. Neçə-neçə ağır döyüşlərdən zəfərlə çıxan Xəyyam Vətən müharibəsi I qrup əlilidir. Qəhrəmanımız hər yerdə, hər zaman böyük hörmət və ehtiramla qarşılanır. Keçdiyi rəşadətli döyüş yolu fədakarlıqla, mərdliklə dolu olan, qazandığımız parlaq qələbədə iz qoyan Vətən oğlu ilə fəxr etməyə dəyər. Xəyyam indinin özündə də yalnız cəmiyyətə fayda vermək, insanlara gərək olmaq arzusu ilə yaşayır. Necə deyərlər, o, ürəyi geniş, qibtə olunası bir insandır.

Bu günlər Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Xəyyam Əhmədovu qəbul edib. İcra başçısı onun qayğı və problemlərini öyrənib, eləcə övladının toy məclisində iştirakla bağlı dəvətinə görə ona təşəkkür edib.

Xəyyam Əhmədov isə dövlətin onlara göstərdiyi xüsusi yanaşmaya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını vurğulayıb və bütün bunlara görə onlara təşəkkürünü bildirib.

Qeyd edək ki, Xəyyam Əhmədovun müalicəsi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında, Yeni Klinikada və “YAŞAT” Fondu tərəfindən Türkiyədə həyata keçirilib, dövlət tərəfindən qayğı çərçivəsində minik avtomobili və 3 otaqlı mənzillə təmin olunub. Eləcə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Xəyyam Əhmədova maddi yardım göstərilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər