Astara rayonunda Həbib Cəfərov xalqını, Vətənini sevən, xeyirxah məqsədlərə tapınıb insanların xoş güzəranı naminə çalışan dəyərli insan kimi tanınır. Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan, istəyi, xoş niyyəti yalnız millətin, dövlətin mənafeyinə yönələn Həbib müəllim YAP Astara rayon təşkilatının sədridir. Respublikada İnkişaf, yüksəliş, tərəqqi, firavan və azad həyat onun əsas amalıdır. Odur ki, el-oba gözündə yaxşılıq rəmzinə, ləyaqət mücəssəməsinə dönüb.
İnsanlıq missiyasını şərəflə yerinə yetirən, vəzifəsindən asılı olmayaraq vicdanlı fəaliyyəti gəclər üçün nümunə sayılan , ən əsası xalqı saf məram və ətrafında səfərbər edilməsi bacarığına malik olan Həbib Cəfərovun doğum günündə ona ünvanlanan təbriklərdə bu bəşəri keyfiyyətlər yaxşı görünür.
Ərazi partiya təşkilatının sədri, Astara Pedaqoji Kollecinin direktoru, professor şəhid atası Kamaran Kazımovun Həbib müəllimə təbrikində deyilir:- Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının hörmətli sədri Həbib müəllim! Sizin rəhbərlik fəaliyyətiniz, dövlətçilik prinsiplərinə sadiqliyiniz və cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakınız olduqca dəyərlidir. Astara rayonunda həyata keçirilən uğurlu layihələr, gənclərlə aparılan məqsədyönlü iş və milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir. Bu gün əldə etdiyiniz nailiyyətlər uzun illərin zəhməti və Vətənə sədaqətli xidmətinizin nəticəsidir.
Eyni zamanda, kollecin ictimai həyatında fəal iştirakınız, təhsil ocağımıza göstərdiyiniz dəstək və diqqət kollektivimiz tərəfindən minnətdarlıqla qarşılanır. Tələbələrin əsl vətənpərvərlik ruhunda, savadlı, mənəvi cəhətdən sağlam, gələcəyin ləyaqətli vətəndaşları kimi yetişməsində verdiyiniz töhfələr xüsusi əhəmiyyət kəsb edir.
Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Qoy həyat yolunuz daim uğurlarla dolu olsun, həyata keçirdiyiniz bütün təşəbbüslər ölkəmizin inkişafına və rifahına xidmət etsin.
“Doğum gününüz münasibətilə Astara rayonunun təhsil işçiləri adından Sizə ən səmimi təbriklərimizi çatdırırıq.
Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının sədri kimi rayonumuzun ictimai-siyasi həyatında göstərdiyiniz fəal, prinsipial və məsuliyyətli mövqe, Vətənə və xalqa bağlılığınız yüksək dəyərə layiqdir. Xüsusilə, şəhid ailələrinə və qazilərə göstərdiyiniz daimi diqqət və qayğı Sizin humanist və vətənpərvər mövqeyinizin bariz nümunəsidir və hər kəs tərəfindən böyük rəğbətlə qarşılanır.
Sizin rəhbərliyinizlə həyata keçirilən işlər rayonumuzun inkişafına, ictimai birliyin möhkəmlənməsinə və milli dəyərlərin qorunmasına mühüm töhfə verir.
Sizə möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.”
Bu fikirlər isə Lənkəran- Astara Regional Təhsil İdarəsinin Astara rayon üzrə təhsil sektorunun müdiri Xədicə Əliyevanın yubilyara ünvanlandığı məktubdan götürülüb.
Bəli, cəmiyyətdə sayılıb-seçilən insan olan Həbib Cəfərov üzərinə düşən sosial məsuliyyəti düzgün dəyərlədirir, həyatının mənasını Vətəninə, dövlətinə, xalqına, el-obaya təmənnasız xidmətdə görür. Nəticədə böyük əxlaqdan irəli gələn işləri həmişə astaralılara fayda verir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü