PDF Oxu

Siyasət

  • 588

Ulu Öndərin xatirəsinə həsr olunan voleybol turniri keçirilib - FOTO

image

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lerik şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın idman zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında voleybol idman növü üzrə Lerik rayon turniri təşkil olunub.

Rayon ümumtəhsil məktəblərdən ibarət 6 komandanın qatıldığı turnir Dairəvi sistem üzrə keçirilib, qalib E. Səfərov adına Çayrud kənd tam orta məktəbinin komandası olub.

Qalan iki yüksək pilləyə isə ardıcıl olaraq Ə. Musayev adına Vizəzəmin kənd tam orta məktəbinin komandası, Lerik şəhəri V. İbrahimov adına İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın komandası qalxıb.

Qalib komandalar Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər