PDF Oxu

Siyasət

  • 1 344

"Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanın humanitar diplomatiyasını gücləndirir" - DEPUTAT DANIŞDI

image

Müasir dövrdə qlobal çağırışların artdığı, münaqişələrin, sosial bərabərsizliklərin və humanitar böhranların dərinləşdiyi bir şəraitdə dövlətlərin humanitar siyasəti onların beynəlxalq nüfuzunun əsas göstəricilərindən birinə çevrilib. Bu kontekstdə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın humanizmə, sosial ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanan siyasətinin bariz nümunəsidir. Mehriban xanımın təşəbbüsləri yalnız ölkə daxilində sosial rifahın yüksəldilməsinə deyil, həm də Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.Onun sözlərinə görə, Azərbaycanın humanitar siyasətinin formalaşması və inkişafında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi yer tutur:“Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən də sosial rifahın yaxşılaşdırılması, təhsil və səhiyyənin inkişafı, mədəni irsin qorunması və beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində çoxşaxəli layihələr həyata keçirilir. Son illərdə Heydər Əliyev Fondunun fəaliyyəti çərçivəsində müxtəlif ölkələrdə məktəb və xəstəxanaların inşası və bərpası, sosial müdafiəyə ehtiyacı olan qruplara yardım proqramlarının həyata keçirilməsi, eləcə də mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində mühüm addımlar atılıb. Bu təşəbbüslər Azərbaycanın humanitar siyasətinin coğrafiyasını genişləndirərək onun beynəlxalq humanitar məkanda fəal iştirakını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın beynəlxalq platformalarda çıxışları və iştirakı ölkəmizin humanitar diplomatiyasının mühüm tərkib hissəsidir. Onun qlobal miqyasda aktual humanitar problemlərə diqqət çəkməsi Azərbaycanın sülh, ədalət və insan hüquqlarına sadiqliyini nümayiş etdirir. Bu baxımdan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirakı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın belə qlobal məsələlərə yüksək səviyyədə yanaşması ölkəmizin humanitar siyasətinin mahiyyət etibarilə proaktiv və məsuliyyətli xarakter daşıdığını göstərir”.S.Salmanova həmçinin qeyd edib ki, Azərbaycanın humanitar fəaliyyəti həm də milli-mənəvi dəyərlərə söykənir:“Tolerantlıq, multikulturalizm və humanizm ənənələri ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Bu dəyərlərin dövlət siyasətinə inteqrasiyası Azərbaycanın beynəlxalq aləmdə mədəni körpü rolunu gücləndirir və müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edir. Eyni zamanda, həyata keçirilən humanitar layihələr yalnız qısamüddətli yardım xarakteri daşımır, daha çox davamlı inkişaf məqsədlərinə yönəlmiş strateji yanaşmanı əks etdirir. Təhsil, səhiyyə və sosial müdafiə sahələrinə yatırımlar insan kapitalının gücləndirilməsi və cəmiyyətlərin uzunmüddətli dayanıqlılığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın humanitar siyasətinin daha sistemli və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Onun təşəbbüsləri nəticəsində Azərbaycan beynəlxalq humanitar layihələrdə daha geniş şəkildə təmsil olunur və qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir. Nəticə etibarilə, müasir qlobal çağırışlar fonunda Azərbaycanın humanitar siyasəti ölkənin beynəlxalq mövqeyinin güclənməsində mühüm rol oynayır. Antalya Diplomatiya Forumu kimi nüfuzlu platformalarda Azərbaycanın fəal iştirakı onun qlobal humanitar proseslərdə məsuliyyətli və prinsipial mövqe tutduğunu nümayiş etdirir. Bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına və gələcəkdə humanitar əməkdaşlıq imkanlarının genişlənməsinə zəmin yaradır”.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər