PDF Oxu

Siyasət

  • 1 396

Göygöl rayon İcra Hakimiyyətində yeni təyinat baş tutub

image

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Vüqar Hüseynov Aparatın Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Vüqar Hüseynov yüksək ixtisaslı kadr olmaqla iki ali təhsil müəssisəsinin məzunudur. O, Azərbaycan Texnologiya Universitetində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. 2023-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət strukturlarında menecment” ixtisası üzrə ikinci magistr dərəcəsi almışdır.
Əmək fəaliyyətinə bank sektorunda başlayan V. Hüseynov, 2017-ci ildən etibarən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər, eləcə də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbələrində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Son təyinatınadək Ərazi-təşkilat məsələləri sektorunda baş məsləhətçi vəzifəsində fəaliyyət göstərmişdir.
Qeyd edək ki, Vüqar Hüseynov Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda müvəffəqiyyət qazanaraq, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə qeyd olunan vəzifəyə təyin edilmişdir.

Digər xəbərlər