PDF Oxu

Siyasət

  • 1 023

YAP Kürdəmir rayon təşkilatında görüş keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında “Şıxımlı kənd 1” ərazi partiya təşkilatının sədri Həmidov Əfqan Əliağa oğlunun 60 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Yubilyar Əfqan Həmidov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.

Görüşün sonunda Əfqan Həmidova partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 60 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.

Digər xəbərlər