İlk öncə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyətinin Parlamentlərarası İttifaqın 152-ci sessiyası və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 5-ci konfransında iştirak etmək üçün Türkiyəyə səfəri münasibətilə təbrik ifadə olunub.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov plenar iclasda çıxışı zamanı deyib.Deputat bildirib ki, bu səfər Azərbaycanın beynəlxalq platformalarda maraqlarının müdafiəsi və təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin qərargahının Bakıda təsis edilməsi Prezident İlham Əliyevnin rəhbərliyi ilə ölkənin artan nüfuzunun göstəricisidir.Zaur Şükürov qeyd edib ki, Belçika və Niderland parlamentləri tərəfindən Azərbaycan əleyhinə qəbul edilən qətnamələr qərəzli və ikili standartlara əsaslanır.Deputat bildirib ki, Azərbaycan Milli Məclisi bu sənədlərə münasibət bildirərək onları qətiyyətlə pisləyib və rədd edib.O əlavə edib ki, bəzi Avropa parlamentlərinin Azərbaycana qarşı sərgilədiyi yanaşmalar 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə də müşahidə olunub, lakin Azərbaycanın mövqeyi daim prinsipial olub.Zaur Şükürov vurğulayıb ki, Azərbaycanın təşəbbüsləri nəticəsində regionda yeni reallıqlar formalaşıb, sərhəddə sabitlik və sülh gündəliyi üzrə mühüm irəliləyişlər əldə olunub.Deputat bildirib ki, davamlı sülhün yolu beynəlxalq hüquqa hörmət, qarşılıqlı əməkdaşlıq və mövcud reallığın qəbul edilməsindən keçir.
Müəllif: Günel Fərzəliyeva