PDF Oxu

Siyasət

  • 1 250

“Azərbaycanın qlobal sülh və sabitliyə töhfəsi beynəlxalq əhəmiyyət daşıyır” - DEPUTAT DANIŞDI

image

“Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə səsləndirdiyi fikirlər bu gün dünyanın üzləşdiyi reallıqları olduqca dəqiq və aydın şəkildə ifadə edir.Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.Onun sözlərinə görə, dövlət başçısının vurğuladığı kimi, yüksələn geosiyasi gərginlik onilliklər ərzində formalaşmış inkişaf nailiyyətlərinin nə qədər həssas və kövrək olduğunu bir daha ortaya qoyur:”Müasir beynəlxalq münasibətlər sistemində sabitliyin, qarşılıqlı etimadın və davamlı inkişafın qorunması artıq yalnız bir seçim deyil, qlobal zərurətə çevrilmişdir.Azərbaycan bu gün Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində mürəkkəb geosiyasi şəraitdə belə öz müstəqil mövqeyini, siyasi sabitliyini və dayanıqlı inkişaf modelini qoruyub saxlayan dövlət kimi çıxış edir. Bu yanaşma yalnız daxili sabitliyin təmin olunmasına deyil, eyni zamanda regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də xidmət edir. Ölkəmizin həyata keçirdiyi enerji, nəqliyyat və logistika layihələri Azərbaycanı qlobal iqtisadi sistemdə etibarlı tərəfdaşlardan birinə çevirib.Dövlətimizin başçısının beynəlxalq tribunalardan verdiyi mesajlar bir daha göstərir ki, sülh, təhlükəsizlik və inkişaf bir-birindən ayrı deyil, əksinə, vahid və qarşılıqlı əlaqəli strateji baxışın tərkib hissəsidir. Bu yanaşma beynəlxalq münasibətlərdə daha ədalətli və balanslı sistemin formalaşmasına çağırış kimi dəyərləndirilir. Azərbaycan bu çərçivədə dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərini daim ön planda saxlayır.Eyni zamanda, mövcud qlobal çağırışlar fonunda ölkələrin bir-birinə qarşı etimadının zəifləməsi beynəlxalq sistemdə əlavə risklər yaradır. Bu səbəbdən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə cari geosiyasi vəziyyətin təhlili deyil, həm də beynəlxalq ictimaiyyət üçün ciddi xəbərdarlıq və məsuliyyət çağırışıdır.İnanırıq ki, Azərbaycan bundan sonra da ədalətə, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan mövqeyi ilə qlobal əməkdaşlığın güclənməsinə və yeni iqtisadi imkanların formalaşmasına öz töhfəsini verməyə davam edəcək. Bu siyasət həm regionda, həm də daha geniş coğrafiyada sülh və sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm amil olaraq qalacaq”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər