PDF Oxu

Siyasət

  • 1 203

"Azərbaycan və Serbiya geosiyasi çağırışlar fonunda əməkdaşlığı gücləndirir" - MÖVQE

image

"Azərbaycan-Serbiya münasibətləri müstəqilliyin bərpasından sonra Azərbaycanın xarici siyasətində formalaşmış çoxşaxəli və əməkdaşlığa əsaslanan xəttin mühüm nümunələrindən biri kimi dəyərləndirilə bilər".Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.Onun sözlərinə görə, hər iki ölkə öz regionlarında müxtəlif siyasi və iqtisadi çağırışlarla üz-üzədir və bu baxımdan qarşılıqlı əməkdaşlıq onların xarici siyasət prioritetlərində əhəmiyyətli yer tutur: "Qlobal miqyasda artan geosiyasi gərginliklər, iqtisadi qeyri-sabitlik və böyük güclər arasında rəqabətin dərinləşməsi ölkələri xarici tərəfdaşların sayını artırmağa və daha balanslı əməkdaşlıq modelləri qurmağa sövq edir. Bu kontekstdə həm Azərbaycan, həm də Serbiya tranzit layihələrdə iştirak və alternativ nəqliyyat və enerji marşrutlarının formalaşdırılması kimi istiqamətlərə xüsusi diqqət yetirirlər.Azərbaycanın əlverişli coğrafi mövqeyi onu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısına çevirir. Serbiya isə Avropanın mühüm logistik və enerji keçid nöqtələrinə yaxınlığı ilə seçilir. Bu amillər iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının genişlənməsi üçün əlavə imkanlar yaradır.Enerji təhlükəsizliyi məsələsi də əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan Avropanın enerji təchizatında alternativ mənbə kimi rolunu gücləndirdikcə, Serbiya kimi ölkələr üçün də enerji təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətli tərəfdaş olur. Eyni zamanda bu əməkdaşlıq Azərbaycanın Mərkəzi və Cənub-Şərqi Avropa bazarlarına çıxış imkanlarını da genişləndirir.Ümumilikdə, Azərbaycan-Serbiya münasibətləri qarşılıqlı maraqlara əsaslanan və davamlı inkişaf potensialına malik əməkdaşlıq modelidir. Bu münasibətlər təkcə iqtisadi fayda deyil, həm də hər iki ölkənin milli təhlükəsizlik və xarici siyasət sabitliyi baxımından strateji əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər