Dünyanın 1,4 milyard katoliklərinin lideri Papa XV Leo müharibəyə qarşı çıxmaqda davam edəcəyini bildirib. O bu sözləri ABŞ prezidenti Donald Trampın tənqidlərinə cavab olaraq səslənib. Papa XV Leo bu barədə Əlcəzairə səfəri zamanı bildirib: "Mən müharibəyə qarşı çıxacağam".
Dünya katoliklərinin lideri əlavə edib ki, "bu gün dünyada çoxlu əzab var. Bu qədər günahsız insan öldürülür. Düşünürəm ki, kimsə ayağa qalxıb daha yaxşı bir yol olduğunu deməlidir".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 12-də Vatikanın İranla müharibəyə dair mövqeyinə görə Papa Leonu tənqid edərək bildirib ki, Papa "nüvə silahına sahib olmaq istəyən bir ölkə ilə oynayır".
İlham