Çox eşidir və ya KİV-lərdən oxuyuruq ki, filan keçmiş məmur oturduğu kreslonun gücünə arxalanıb filan qədər pulu mənimsəyib, başqa bir sabiq vəzifə mənsubu seyfində saxladığı möhürünə güvənib, milyonları ələ keçirib, villasının zirzəmisində gizlətməyə nail olub, digər bir keçmiş səlahiyyət sahibi əlinin uzun olmasından istifadə edərək milyonları müxtəlif qaranlıq yollarla xaricə çıxarıb, özünə və ailə üzvlərinə dəyəri milyonlarla ABŞ dolları olan daşınmaz əmlak alıb. Deyəsən həmin filankəs keçmiş “doymuş məhlullar”ın siyahısına Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun da adı salınır. Çünki Hesablama Palatası apardığı audit zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun 1 il ərzində 176 milyon manatdan artıq vəsait xərclədiyi ilə bağlı faktlar üzə çıxarıb. Hesablama Palatasının yaydığı məlumatda bildirilib ki, 2024-2025-ci il üçün gəlirlərin və xərclərin təhlilinə dair yoxlama zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində korrupsiya faktları aşkarlanıb:“Agentlik tərəfindən 2024-cü ilin xərclər smetasında və Qaydalarda nəzərdə tutulmadığı halda, Fondun vəsaitləri hesabına 2024-cü ildə 19599,5 min manat məbləğində vəsait bank kreditləri üzrə ödənişlərə yönəldilmişdir ki, bu da əvvəlki illərin təcrübəsinin də göstərdiyi kimi avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında müəyyən məhdudiyyətlər yaratmış, dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında müvafiq uyğunsuzluqları şərtləndirmişdir”.
Məlumatda qeyd olunur ki, Agentliyin aparatının saxlanması xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2007-ci il tarixli, 13 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda (xərclərin maliyyələşdirilməsi istiqamətləri) nəzərdə tutulmadığı halda bu məqsədə vəsait əvvəlki illərdə olduğu kimi 2024-ci ilin smetasına da daxil edilmiş və istifadə edilmişdir: “2024-cü ilin xərclər smetası (xərc istiqamətləri) Azərbaycan Respublikası Nazirlər 62 DÖVLƏT AUDİTİNİN XÜLASƏLƏRİ 2026, № 1 Kabinetinin 25.01.2007-ci il tarixli, 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”na uyğun tərtib edilməmişdir.Yol-nəqliyyat hadisələrinin artması şəraitində təqdim edilmiş məlumatlara əsasən yol təsərrüfatına dəymiş maddi ziyanın məbləği 2024-cü ildə 890,7 min manat, ziyan üzrə daxil olan məbləğ isə 457,4 min manat və ya 51,34% olmuşdur. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərinə, məhkəməyə və Baş Dövlət Yol Polisi İdarəsinə müraciətlər edilsə də, ziyanın tam olaraq ödənilməsinə hal-hazıradək nail olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında 31.03.2005-ci il tarixli, 59 nömrəli Qərarına, Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında 05.01.2005-ci il tarixli, 1 nömrəli Qərarına və Azərbaycan Respublikasının ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının istismarı üzrə müvəqqəti xərc normativlərinin təsdiq edilməsi haqqında 17.01.2006-cı il tarixli, 12 nömrəli Qərarına uyğun olaraq avtomobil yollarının texniki dərəcələr üzrə təsnifatı və müvafiq idarələrə (tabeli hüquqi şəxslərə) təhkim olunması Agentlik tərəfindən rəsmiləşdirilməmişdir. Agentliyin tabeliyindəki bəzi MMC-lər tərəfindən xidmət etdikləri avtomobil yollarının, yol qurğularının və istehsalat bazalarının yeri göstərilməklə situasiya planının (xəritəsinin) hazırlanması da təmin edilməmişdir”.
Qısaca onu qeyd etmək lazımdır ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədov korrupsiyaya yol verib. Ona qarşı hansı hüquqi tədbirlər görüləcəyini isə demək çətindir. Yaxşısını Baş Prokurorluq bilir. Bizə ancaq bu barədə ictimaiyyətə hansı məlumatların verilə biləcəyini gözləmək qalır.
İlham