PDF Oxu

Siyasət

  • 1 079

“Bu müharibədə sürətli dönüş nöqtəsi hələ görünmür” - ŞƏRH EDİLDİ

image

“Hazırda Rusiya–Ukrayna müharibəsi klassik sürətli hücum mərhələsindən çıxaraq uzunmüddətli aşındırma müharibəsinə çevrilib. Cəbhə xətti böyük ölçüdə sabit qalsa da, tərəflər lokal irəliləyişlər uğrunda ciddi itkilər verir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, Rusiya əsasən Donbas istiqamətində tədricən irəliləməyə çalışır, Ukrayna isə müdafiəni gücləndirərək dronlar və yüksək dəqiqlikli zərbələrlə bu təzyiqi balanslaşdırır:“Ümumi mənzərə onu göstərir ki, hər iki tərəf daha çox qarşı tərəfi zəiflətməyə yönəlmiş strategiya seçib və sürətli dönüş nöqtəsi hələ görünmür.Eyni zamanda müharibə artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır. Ukrayna Rusiyanın enerji və logistik obyektlərini hədəfə alaraq iqtisadi təzyiq yaratmağa çalışır, Rusiya isə genişmiqyaslı hava hücumları ilə Ukraynanın infrastrukturunu zəiflətməyə yönəlir. Bu qarşılıqlı zərbələr münaqişəni daha kompleks və çoxsəviyyəli edir. Nəticə etibarilə, hazırkı mərhələdə heç bir tərəf həlledici üstünlük əldə edə bilmir və müharibə uzandıqca əsas faktorlar hərbi gücdən çox iqtisadi dayanıqlıq, texnoloji üstünlük və beynəlxalq dəstək olur”.

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər