Avropa ölkələri ilə İsrail arasında qarşıdurma getdikcə daha da dərinləşir. Bu qarşıdurma İsrail ordusu tərəfindən 72 minə yaxın fələstinlinin öldürülməsindən sonra daha da şiddətlənib. Bu arada İspaniyanın Malaqa şəhərində İsrail lideri Netanyahunun heykəli yandırıldı və İspaniyanın Baş naziri Sançez İsrailin Avropa Birliyi ilə Assosiasiya Sazişini ləğv etməyi təklif etdi.
Fransa, İspaniya ilə birlikdə, İsrailin hərbi təchizatını daşıyan təyyarələrə hava məkanına giriş icazəsi vermədi. Təhqir olunmuş Təl-Əviv Fransa ilə müdafiə müqavilələrini ləğv etdi.
İki ildən çox Qəzza sakinlərinin məhv edilməsinə görə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırdı.
Bəzi dövlət adamları, siyasətçiləri İsraili "ifrat sağçı zorakılığın simvolu", qonşularını od və qılıncla əzən bir müstəmləkəçi adlandırırlar. Təl-Əvivin siyasətini ən çox tənqid edənlər Avropa, Amerika və Afrikadakı solçu partiyalardır.
AB ilə müqaviləyə əsasən, israillilər mallarına sıfır tarif tətbiq edirlər. İspaniyanın Baş naziri Pedro Sançez onun ləğvini tələb etdi: "Beynəlxalq hüququ pozan hökumət AB-nin tərəfdaşı ola bilməz". İrlandiya və Sloveniya rəsmi olaraq ispanların təklifinə qoşuldu. Belçika, Fransa və İsveç qismən ticarət məhdudiyyətlərinin tərəfdarıdılar. Lakin təşəbbüs Almaniya və İtaliya tərəfindən bloklanıb.
İlham