PDF Oxu

Siyasət

  • 683

Astara Pedaqoji Kollecində voleybol yarışı keçirilib - FOTOLAR

image

22 aprel 2026-cı il tarixində Astara Pedaqoji Kollecində Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan görkəmli akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində voleybol yarışı da maraqla qarşılanıb. Sözün əsl mənasında idman həvəskarları bir-birimdən maraqlı, gərgin idman mübarizəsi şəraitində keçən oyunlardan gözəl zövq alıblar .

Kollecin müxtəlif ixtisas qruplarını təmsil edən komandaların qatıldığı yarışda birinci yeri daha fərqli oyun nümayiş edən "Fiziki tərbiyə müəllimliyi" ixtisasının tələbələri qazanıblar .

Onu da bildirək ki, yarışın təşkilində əsas məqsəd tələbələr arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olubdur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər