PDF Oxu

Siyasət

  • 579

YAP Laçın rayon təşkilatının təşkil etdiyi müsabiqəyə yekun vurulub - FOTOLAR

image

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşkilatçılığı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Laçın rayon təhsil sektorunun iştirakı ilə işğaldan azad edilmiş Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa, musiqi və bədii qiraət müsabiqələrinin final mərhələsi keçirilmişdir. Müsabiqələrin əsas məqsədi Ulu öndərin zəngin irsinin gənc nəslə aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyəsi və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi olmuşdur.

Digər xəbərlər