Rusiya Dövlət Dumasının deputatları çox sayda miqrantın deportasiyasından məmnunluqlarını bildiriblər. Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin bunu miqrasiya sahəsində yeni qayda və qanunların qəbul edilməsinin nəticəsi kimi qiymətləndirib.
Onun sözlərinə görə, təkcə mart ayında Rusiyadan 14 min miqrant deportasiya edilib. Ümumilikdə, Moskva son bir ildə 72 min əcnəbini deportasiya edib və ya qovub.
TASS xəbər agentliyinin məlumatına görə, Vyaçeslav Volodin xəbərdarlıq edib ki, bu, məsələnin sonu deyil və miqrasiya qanunları və qaydaları daha da sərtləşdiriləcək. Rusiya parlamenti deputatların fikrincə, miqrantların işinə və həyatına nəzarəti daha da çətinləşdirəcək daha altı qanun layihəsini qəbul etməyə hazırlaşır.
İlham