Naftalan ŞİH-nin dəstəyi, YAP Naftalan şəhər təşkilatının və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılğı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş minifutbol turnirinin açılış mərasimi keçirilib.
Açılış mərasimində YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Şəhər İcra Hakimiyyəti başçısının müavini – ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Hüseynova, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Naftalan şəhəri üzrə gənclər və idman sektorunun müdiri Tural Hümbətov və digər məsul şəxslər iştirak ediblər.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Natiqlər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs ediblər. Qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkə başçsının idmana qayğısı və xüsusi diqqəti bu gün Azərbaycanı dünyada idman ölkəsinə çevirib.
Şəhərin idarə, müəssisə və təşkilatları arasında keçirilən yarışda məqsəd minifutbol idman növünü şəhərimizdə inkişaf etdirmək, istedadlı futbolçuların aşkar edilməsi, idarə, müəssisə və təşkilatlar arasında yoldaşlıq, dostluq əlaqələrinin gücləndirilməsidir.