PDF Oxu

Siyasət

  • 874

“Azərbaycan dövlətçiliyinin əsas sütunu Heydər Əliyevin siyasi irsi” - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı sayəsində baş tutan “Azərbaycan dövlətçiliyinin əsas sütunu Heydər Əliyevin siyasi irsi” adlı görüşdə əvvəlcə müasir müstəqil Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən Vətən qeyrətli övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla anıldı.

Gəncləri salamlayaraq ölkəmizin müstəqillik qazandıqdan sonra üzləşdiyi təhlükələrdən və xalqın xilaskarlıq missiyasını üzərinə götürən dahi Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından danışan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov onu da xüsusi olaraq vurğuladı ki, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Prezident, Partiyamızın sədri cənab İlham Əliyev ölkəmizi qalib ölkəyə çevirməklə bir daha xalqımızın qürurunu, mənliyini bütün dünyaya tanıtdırdı.

“Dahi şəxsiyyət, zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev ikinci dəfə respublikamıza rəhbərlik etdiyi dövrdə onun ən misilsiz xidmətlərdən biri milli maraqlara əsaslanan uzaqgörən siyasəti ilə dağılmaqda olan ölkəmizin sabitlik və inkişaf yoluna çıxartması oldu.” Bu fikirləri isə Astara Pedaqoji Kollecinin müəllimi Ağabacı Ağazadə öz çıxışında bildirdi.

Digər çıxışçılar- YAP Astara rayon təşkilatı aparatının məsul əməkdaşı Elçin Məmmədəliyev, Astara Pedaqoji Kollecinin tələbəsi Fatimə Əliyeva gənclərin üzərinə düşən məsuliyyətdən danışdılar, Heydər Əliyev irsinin öyrənməsi və təbliğinin vacibliyini qeyd etdilər, eləcə müasir Azərbaycan gəncliyi bu siyasi irsdən bəhrələnərək dövlətə və milli dəyərlərə sadiq vətəndaş kimi yetişməsini dedilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər