"Azərbaycanın nüfuzu günbəgün artır, ölkəmizə olan inam və etimad beynəlxalq miqyasda daha da möhkəmlənir".Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, bunu Azərbaycanın müxtəlif dövlətlərlə əlaqələrinin inkişafında və əməkdaşlıq coğrafiyasının genişlənməsində aydın şəkildə görmək mümkündür: "Bu gün Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkələrdən biridir. Bu tədbirlərin yüksək səviyyədə təşkili dünya dövlətləri tərəfindən də müsbət qiymətləndirilir. Xüsusilə son illərdə Bakıda keçirilən qlobal forumlar və beynəlxalq toplantılar ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz göstəricisidir.Belə mötəbər tədbirlərin keçirilməsi üçün ölkədə sabitlik, təhlükəsizlik və əlverişli mühitin olması vacibdir. Azərbaycan bu baxımdan etibarlı və sabit ölkə kimi tanınır. Məhz bu amillər ölkəmizin beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradır.Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təkcə təşkilati uğur deyil, eyni zamanda ölkəmizin artan nüfuzunun və qazandığı etimadın göstəricisi kimi qiymətləndirilməlidir".
Müəllif: Günel Fərzəliyeva