PDF Oxu

Siyasət

  • 806

Erkən nikahın hüquqi, tibbi və sosial-psixoloji fəsadları - FOTOLAR

image

Lerik rayon Heydər Əliyev Mərkəzinin və Lerik rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən erkən nikahların qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbirin əsas məqsədi cəmiyyət üçün aktual sosial problemlərdən biri olan erkən nikahların hüquqi, tibbi və sosial-psixoloji fəsadları barədə ictimai məlumatlılığın artırılması, xüsusilə yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirilməsi idi.

Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədovanın, Lerik rayon Polis Şöbəsinin baş inspektoru Amil Kərimovun, Lerik rayon Mərkəzi Xəstəxanasının mama - ginekoloqu Gülnar Ələkbərovanın, təhsil müəssisələrinin nümayəndələrinin, məktəb psixoloqlarının, mədəniyyət müəssisələrinin əməkdaşlarının və şəhər məktəblilərin qatıldığı tədbirdə çıxış edənlər erkən nikahların qanunvericiliklə qadağan olunduğunu vurğulayaraq, bu hallara yol verən şəxslərin hüquqi məsuliyyət daşıdığını diqqətə çatdırdılar. Həmçinin erkən nikahların yeniyetmələrin fiziki və psixoloji sağlamlığına mənfi təsirləri, ana və uşaq sağlamlığı üçün yaratdığı risklər, təhsildən yayınma və sosial inkişafın məhdudlaşması kimi ciddi nəticələr doğurduğu deyildi.

Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparıldı və gənclərin sağlam, təhlükəsiz və hüquqlarına hörmət olunan mühitdə yetişməsinin vacibliyi xüsusi olaraq vurğulandı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər